AZ

Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.

Missiya.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, "Qum adası-Qazanlar" yüksəktəzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi və Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi məqsədilə sentyabrın 11-də saat 10:00-dan işlər yekunlaşanadək "Əhmədli" QPS-də və "Əbilov" ölçü qovşağında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani və Aşıq Qurbanı küçələrinin, həmçinin Nərimanov rayonu, Xətai prospekti, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
12
24
missiya.az

10Mənbələr