Fransada kütləvi etirazlar zamanı saxlanılanların sayı 327 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, həbslər Fransanın müxtəlif bölgələrində həyata keçirilib.
Etirazçıların dəqiq sayı barədə məlumat verilmir.
Xatırladaq ki, sentyabrın 10-da Fransada "Hər şeyi bağla" şüarı altında genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar Fransa əhalisinin ölkə hökumətinin təklif etdiyi qənaət tədbirlərindən narazılığı fonunda baş verir. Kütləvi etirazlarda 100 min insan iştirak edir. Vətəndaşların narazılığına səbəb ölkənin 2026-cı il büdcəsi haqqında qanun layihəsi olub. Hökumətin planına görə, pensiya və sosial ödənişlər indeksləşdirilməyəcək, Müdafiə Nazirliyindən başqa heç bir idarənin büdcəsi artmayacaq.