AZ

Rusiya Müdafiə Nazirliyi Polşaya hücum iddialarını təkzib etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya qoşunlarının Polşa ərazisindəki obyektlərə zərbə endirmək planı olmayıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların (pilotsuz uçuş aparatlarının) maksimal uçuş məsafəsi 700 kilometrdən çox deyil.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, bu məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazırdır.
Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr endirdiyi açıqlanıb. Zərbələrin İvano-Frankovsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvov şəhərlərindəki müəssisələrə endirildiyi bildirilib.
Seçilən
43
14
oxu.az

10Mənbələr