AZ

Azərbaycan və ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib.Bu barədə nazirlikdən bildirilib.

Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələr arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Seçilən
0
18
anews.az

10Mənbələr