AZ

Azərbaycanda evdə təhsil LƏĞV OLUNUR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Sağlamlıq imkanı məhdud şəxslərin təhsilə cəlb edilməsi hər zaman aktualdır.

Bu, xüsusi şərait yaratmaqla səğlamlıq imkanları məhdud şəxslərə göstərilən təhsil formasıdır. Əhaliyə göstərilən bu pedoqoji xidmət Elm və Təhsil Nazirliyi tərəfindən idarə olunur. Şagirdlərin uyğun təhsil formasının seçilməsi üçün xüsusi tibbi-psixoloji-pedoqoji komissiya yaradılıb. Ancaq son vaxtlar xüsusi təhsil formasının ləğv edildiyi ilə bağlı fikirlər səslənir.

Doğrudanmı bu gün artıq xüsusi təhsilə ehtiyac yoxdur? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, xüsusi təhsil müəssisələri bir-birinin ardınca bağlanır:

“Xüsusi təhsil müəssisələri, istər evdə təhsil, istər xüsusi təhsilin digər bölmələrində təhsil aparılması üçün əsas rəy, psixoloji tibbi pedoqoji komissiyanın qərarı olmalıdır. Ancaq tapşırılıb ki,   evdə təhsili dayandırmaq lazımdır. Maraqlıdır ki, indiyədək evdə təhsil tamamilə başlı-başındır. Xüsusi təhsil üzrə  kadr hazırlığı yoxdur. “Xüsusi təhsil haqqında” Qanunda göstərilir ki, bu, yenidən hazırlama yolu ilə aparılır. Yalnız ADPU-da xüsusi təhsul fakültəsi var ki, burada da loqoped, deffektoloq kimi kadrlar hazırlanır. Xüsusi təhsildə dərs deyən müəllimlər yenidən hazırlamadan keçərək bu sahədə çalışırlar. Ancaq elm və təhsil naziri unudub ki, onlar xüsusi təhsildə çalışırlar. Xüsusi təhsildə hər il təsdiq edilən plana görə həftəlik 8 saatdan başlayaraq 13 saata qədər dərslər var. Onlar birmənalı şəkildə ixtisas fənni kimi sertifikasiya olunur".

Yəni xüsusi təhsildə proqram elədir ki, yalnız ibtidai sinif üzrə müəyyən bilik və bacarıqlar verilirsə, işləyə bilir:

"Məsələn, kimya, fizika müəllimi gedib əlavə təhsildən keçərək gəlib xüsusi təhsildə işləyir. İndi kimya, biologiya təmayüllü liseyin  müəllimi həmin xüsusi təhsildə işləyən kimya müəllimi  ilə eyni suallarla imtahana cəlb olunur. Digər bir tərəfdən isə nazir elə düşünür ki, xüsusi təhsildə əqli geriliyi olan şəxslərə də ümumi təhsildə olan eyni attestat verilməlidir. Xüsusi təhsildə çalışanların böyük bir hissəsi sertifikasiya olunub. Bu gün sertifikasiyadan kəsilənlərin də çoxu da xüsusi təhsildə olanlardır. Xüsusi təhsildə olanların sayının azaldılması  əslində maliyyəyə “qənaət” etməkdir”.  

Ekspertin sözlərinə görə, ümumiyyətlə, Sovet təhsil sisteminin üstünlüyü ondan ibarət idi ki, xüsusi təhsillə ümumi təhsil ayrılmışdı:

“Emin Əmrullayevdən sual olunur ki, ölkə başçısının 2017-ci il dekabrında müvafiq sərəncamı var. “Ölkədə inklüziv təhsilin həyata keçirilməsi ilə bağlı 2018-2024-cü illər üzrə Dövlət Proqramı” var. Bu proqram 7 il davam etdi,  100 mindən artıq müəllim təlimlərə cəlb olundu.  Bu təlimlərdə xərclənən pullar necə oldu? Ölkədə  neçə məktəbdə inklüziv təhsil tətbiq olunur? Mənim fikrimcə, 21 məktəbdədir. Ancaq 100 minlərlə müəllim təlimə cəlb olunub.  İnklüziv təhsil üzrə Dövlət Proqramının nəticələri nə oldu və nazir brifinqlərin birində niyə bu barədə məlumat vermir? Bu gün xüsusi təhsilin tamamilə dağıdılması və 10 minlərlə xüsusi təhsildə  oxuyacaq şagirdlərin ümumi təhsilə cəlb edilməsinin acı nəticələrini  biz yaxın gələcəkdə  görəcəyik. Şagirdlərin məktəblərə elektron qeydiyyat vasitəsilə qəbulu ilə xüsusi təhsildə oxumalı şagirdlər ümumi təhsilə gətirilib.

Bir sağlamlıq imkanı məhdud olan şəxs sinifdə olan 20-25 şagirdin 11 ildəki təhsil hüququnu pozaraq onların təhsil almasına imkan vermir. İndi isə tapşırıqla evdə təhsilə düşəcək şagirdləri məktəbə gətirməklə, heç bir qayda və məntiqə sığmayan “islahatlar” aparmaqla, xüsusi təhsili aradan qaldırmaqla təhsilə zərbə vuruldu. Bu zərbələri yaxın 10-15 ildə aradan qaldırmaq mümkün olmayacaq.   Bu birləşdirilmə ilə onsuz da bərbad vəziyyətdə olan ümumi təyinatlı təhsil daha bərbad vəziyyətə salınır”.  

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr