AZ

Azərbaycanda işləmiş məşqçi Albaniyada qərar tutdu

Roberto Bordinin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin sabiq baş məşqçisi bundan sonra Albaniyada işləyəcək. 60 yaşlı italyan mütəxəssis “Tirana”nın baş məşqçisi təyin olunub. Paytaxt klubunun rəsmi saytının məlumatında Bordinlə anlaşmanın detalları açıqlanmayıb.

Xatırladaq ki, o, 2018-ci ilin yayından 2020-ci ilin yanvarına qədər “Neftçi”nin baş məşqçisi olub. Bordinin sonuncu komandasının İtaliya çempionatının D seriyasında çıxış edən “Kaldyero” olduğunu da yada salaq.

Seçilən
182
1
football-plus.az

2Mənbələr