Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ŞƏT sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanını müzakirə edib.
Missiya.Az xəbər verir ki, bu barədə "Report" Ermənistan KİV-ə istinadən məlumat verib.
Xatırladaq ki, Paşinyan 26-30 sentyabr tarixlərində Ümumdünya Atom Həftəsinin (World Atomic Week) keçiriləcəyi Moskvaya səfər etməyi planlaşdırır. Tədbirdə nüvə proqramlarını inkişaf etdirən ölkələrin liderləri iştirak edəcəklər.