Zərdab rayonunda 22 yaşlı qadın oğurlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 9-da rayonun kəndlərindən birində baş verib.
2003-cü il təvəllüdlü qadın evlənmək məqsədilə iradəsinə zidd olaraq oğurlanıb. Marqarita pizza
Hadisədən dərhal sonra polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər və cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi üzrə cinayət işi başlanılıb. İ.Rəhmanoğlu cinayət məsuliyyətinə cəlb olunub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurlanan qadının yeri müəyyən edilərək valideynlərinə təhvil verilib.
Telegram kanalımız