AZ

"Yuventus"un sahibi ictimai işlər cəzasına məhkum edildi

BAKI, 10 sentyabr. TELEQRAF

İtaliyanın "Yuventus" futbol klubunun və Formula 1 üzrə "Ferrari" komandasının sahibi Con Elkann ona qarşı qaldırılan cinayət işinin sonlandırılması üçün külli miqdarda vergi ödəməyə razılaşıb.

Teleqraf xəbər verir ki, 2019-cu ildə nənəsinin ölümündən sonra Elkann və onun qardaşı ilə bacısına təxminən 800 milyon avro dəyərində mülk miras qalıb.

Yerli vergi orqanları bu mirasla bağlı araşdırma başlayıb və bu, vergi saxtakarlığı ilə bağlı cinayət işinin başlanmasına səbəb olub.

Elkann ailəsi İtaliyanın vergi orqanlarına 183 milyon avro dəyərində təzminat ödəyəcək. Ödənişdən əlavə, Con Elkann bir illik ictimai işlərə razılıq verib.

Qeyd edək ki, Con Elkann Formula 1-in ən nüfuzlu simalarından biridir. O, "Ferrari"nin rəhbəri olmaqla yanaşı həm də dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan "Stellantis"in sahibidir. Bu şirkətə "Abarth", "Alfa Romeo", "Chrysler", "Citroen", "Dodge", "DS Automobiles", "Fiat", "Jeep", "Lancia", "Maserati", "Opel", "Peugeot", RAM və "Vauxhall" kimi avtomobil markaları daxildir.

Seçilən
34
teleqraf.com

1Mənbələr