AZ

Mirzoyan: “Azərbaycanla sərhəd danışıqlarında yeni xəbərlər gözlənilir”

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət üzvləri ilə keçirilən sual-cavab sessiyasında Azərbaycanla münasibətlər və davam edən danışıqlarla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Mirzoyan Vaşinqtonda imzalanmış deklarasiyanı və sülh müqaviləsinin paraflanmasını mühüm hadisə adlandıraraq, bunun uzunmüddətli və diqqət, ehtiyatlılıq tələb edən bir proses olduğunu bildirib.

Nazir qeyd edib ki, hazırda blokadanın aradan qaldırılması istiqamətində işlər aparılır və sərhədin delimitasiyası ilə bağlı da yeni xəbərlər ola bilər. Onun sözlərinə görə, ABŞ tərəfdaşları ilə, xüsusilə də dəmiryolu və digər infrastruktur layihələri üzrə müzakirələr davam etdirilir.

Mirzoyan həmçinin humanitar məsələlərin – əsirlərin və girovların azad olunması, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsinin prioritet olaraq qaldığını vurğulayıb. O bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra da müəyyən problemlər qalacaq, lakin hazırda eskalasiya və yeni münaqişə riskləri minimuma endirilib.

Musavat.com

Seçilən
60
1
musavat.com

2Mənbələr