İspaniyanın solçu azlıq koalisiya hökuməti siqaret istehlakını məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq edəcək.
Yenisabah.az xəbər verir ki, qanun layihəsi İspaniyada ilk dəfə yetkinlik yaşına çatmayanlar üçün siqaret çəkməyi qadağan edir və həmçinin uşaqlarının siqaret çəkməsinə mane olmayan valideynlər üçün 100 avroya qədər cərimə nəzərdə tutur.
Avropa Birliyinin bütün ölkələrində olduğu kimi İspaniyada da artıq 18 yaşından kiçiklərə siqaret satışı qadağan edilsə də, indiyədək uşaqların siqaret istehlakına qarşı heç bir hüquqi tənzimləmə olmayıb. pizza mizza
Statistikaya görə, İspaniyada keçən il siqaret satışı qapalı yerlərdə siqaret çəkməyi qadağan edən ilk qanunun qüvvəyə mindiyi 2005-ci illə müqayisədə 53,8 faiz azalaraq 2,143 milyard qutu təşkil edib.
Hazırda İspaniyada 20 qutu siqaretin qiyməti 5-8 avro arasındadır.
Aytac Əliyeva
Telegram kanalımız