AZ

NATO-dan Putinə sərt xəbərdarlıq - Bil ki, biz hər şeyə hazırıq...


NATO-nun Baş katibi Mark Rutte Rusiya dronlarının Polşa hava məkanını pozmasına görə, Moskvaya sərt xəbərdarlıq edib.

Hadisə ilə əlaqədar müttəfiq ölkələrin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini və NATO ərazisinin müdafiəsinin uğurla təmin etdildiyini vurğulayan M.Rutte bu prosesdə Polşanın F-16, Niderlandın F-35, İtaliyanın “AWACS” qırıcıları, NATO-nun çoxfunksiyalı tanker-nəqliyyat vasitələrinin və Almaniyanın “Patriot” sistemlərindən istifadə edildiyini bildirib.

Rusiyanın məsuliyyətsiz davranışının təşkilat üzvləri tərəfindən qınandığını deyən baş katib bildirib ki, Ukraynaya dəstək davam etməlidir.

Rutte Polşanın hava məkanının pozulmasını qəsdən olub-olmamasından asılı olmayaraq, tamamilə məsuliyyətsizlik adlandırıb: “Putinə mesajım aydındır: Ukraynadakı müharibəni dayandır. Hazırda əsasən günahsız mülki vətəndaşlara və mülki infrastrukturuna qarşı apardığın bu genişlənən müharibəni dayandır. Müttəfiqlərin hava məkanını pozma. Bil ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”.

ZÜMRÜD

Seçilən
6
1
baki-xeber.com

4Mənbələr