İş yerində qısa yuxu ağır qrafiklə çalışanlar üçün faydalı ola bilər.
Publika.az xəbər verir ki, bu fikri somnoloq Sofiya Çerkasova bildirib.
Çerkasovanın fikrincə, iş yerində 15-20 dəqiqəlik yuxu işçini təravətləndirə və günortaya qədər yığılan yorğunluğu aradan qaldıra bilər: "Belə istirahət həm də günü məhsuldar başa vurmağa imkan verir".
"Yuxudan sonra yorğunluq hiss etməkdən qorxmamalısınız, çünki bu, adətən 40 dəqiqəlik istirahətə aiddir", - deyə somnoloq bildirib.
Çerkasova həmçinin “power nap” adlanan təcrübəni tətbiq edən Qərb şirkətlərini misal çəkib və belə nəticəyə gəlib ki, bu, işçilərin yaradıcılığını və intellektual fəaliyyətini artırır.