AZ

Manafın oğlunun vəzifəyə təyin edilməsi haqda sənət dostları danışdı – Tanışlıqla, yoxsa...

Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevin yeni təyinatı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Elçin Ağayev Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri vəzifəsinə gətirilib. Bu xəbərin gündəmə gəlməsində əsas səbəb onun müğənni oğlu olmasıdır. İctimaiyyətin bir hissəsi uğuru şəxsi bacarığı ilə bağlasa da, digərləri “tanışlıq və ailə faktorunu” önə çəkir. Maraqlıdır, cəmiyyət niyə insanların uğurlarını şəxsi keyfiyyətlərə yox, ailə fonuna bağlamağa meyl edir?.Bununla bağlı gedən müzakirələri elə müğənninin həmkarları şərh ediblər. 

İfaçı Xuraman Şuşalı sözügedən təyinatı eşidəndə sevindiyini “Yeni Sabah”la bölüşüb:
“Vallah, mən eşidəndə çox sevindim. Niyə də olmasın ki?! Manaf da Azərbaycanımızın oğludur, zəhmətkeş insandır və övladları üçün həmişə çalışıb, onları yaxşı oxutdurub. Düşünürəm ki, savadlı insana hər yanda yer var. Əgər savadın, bilgin və elmin varsa, sən çox irəli gedəcəksən. Mən bu sözləri övladlarıma da deyirəm ki, anan qurban, insan əlindəki hər şeyi itirə bilər, evsiz qala bilər. Amma beynindəki savad onun ən böyük sərvətidir.
Mən hesab edirəm ki, Manaf bəy də övladlarını hər zaman yaxşı təhsil alması üçün çalışdırıb, onlara savad verib. Müğənninin övladı da savadsız qala bilməz.
İnşallah, Allah hamının ruzu və bərəkətini bol etsin, hər kəsin övladını xoşbəxt etsin. Buna ancaq sevinmək lazımdır”.
Aşıq Namiq Fərhadoğlu isə qeyd edib ki, bəziləri dəstəkləmək əvəzinə bilmirlər necə pislik etsinlər:
“Paxıllıqdırsa da, nə olacaq? Sadəcə paxıllıqdır. İnsanlar görürlər, bəzən kiminsə uğurunu görəndə, onu təqdir etmək və ya dəstəkləmək əvəzinə, heç bir şey edə bilmirlər, sadəcə paxıllıq edirlər. Bunun bir adı var – paxıllıq. Başqa bir şey deyil”.

Seçilən
57
1
yenilik.az

2Mənbələr