AZ

Xaçmazın Həsənqala kəndində sahibkarlardan nümunəvi addım (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun Həsənqala kəndində yerli sahibkarlarıntəşəbbüsü ilə mühüm infrastruktur layihə həyata keçirilir.

Trendxəbər verir ki, sahibkarların dəstəyi ilə kəndi Qusarçay–Yeni Həyatmagistral yolu ilə birləşdirən yolun asfaltlanması işlərinəbaşlanılıb.

Əsaslı təmiri aparılan yolun uzunluğu 2 kilometr təşkil edir. Buyol kənd əhalisinin gündəlik həyatında mühüm rol oynayacaq,hərəkətin daha rahat, təhlükəsiz və müasir standartlara uyğunşəkildə təşkilinə şərait yaradacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Həsənqalakəndində görülən işlərlə tanış olub. O, kəndin sosial həyatınaəhəmiyyətli töhfə verəcək bu təşəbbüsü yüksək qiymətləndirərək,layihənin həyata keçirilməsində fəal iştirak edən sahibkarlaratəşəkkürünü bildirib.

Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyiilə Xaçmaz rayonunda sosial-iqtisadi inkişafın təmin olunmasıistiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun bariznümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamınaəsasən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi(28 km)–KöhnəXaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərliavtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb. Sözügedən yol12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirirvə layihənin gələn il yekunlaşdırılması nəzərdə tutulur.

Sahibkarlar gələcəkdə də kəndin sosial-iqtisadi inkişafını təminedən müxtəlif layihələrin icrasında fəal iştirak edəcəklərinibildiriblər. Onlar, eyni zamanda, ölkədə sahibkarlığın inkişafınagöstərilən diqqət və qayğıya görə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə və Birinci vitse-prezident MehribanƏliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr