AZ

Xaçmazın Həsənqala kəndinin yolu asfaltlanır

Xaçmaz rayonunun Həsənqala kəndinin Qusarçay–Yeni Həyat magistral yolu ilə birləşən hissəsinin asfaltlanması işləri aparılır. Bu barədə agentlikdən bildirilib

Əsaslı təmiri aparılan yolun uzunluğu iki kilometrdir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb.

Sözügedən yol 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirir və layihənin gələn il yekunlaşdırılması nəzərdə tutulur.

Sahibkarlar gələcəkdə də kəndin sosial-iqtisadi inkişafını təmin edən müxtəlif layihələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Seçilən
0
1
anews.az

2Mənbələr