Polşada Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Qordon” kanalı məlumat yayıb.
Bundan əvvəl o, rusiyapərəst media ilə müsahibəsində Ukraynanı Polşanın hava məkanını pozmaqda ittiham edib.
Ordaş iddia edib ki, Polşa əvvəllər də Rusiyanı hava məkanını pozmaqda günahlandırıb, lakin heç bir dəlil təqdim etməyib. Onun sözlərinə görə, Varşava Moskvanı diversiyalarda ittiham edir, amma guya bu hərəkətləri əsasən ukraynalılar həyata keçirirlər.
Diplomat əlavə edib ki, Polşanın səsləndirdiyi son ittihamlar da “əsassız”dır və “polyakların yalnız sözlərlə kifayətlənəcəklərini” bildirib. O, həmçinin “polyakların düşünməli olduğunu” deyib və hadisənin guya kimin xeyrinə ola biləcəyini nəzərdən keçirməyə çağırıb.
Məlumatda qeyd olunur ki, Ordaş Ukrayna ilə bağlı iddialarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) diversantları pulla ələ almasını “unutmuş” kimi görünüb.
Musavat.com