AZ

Anri millinin yeni baş məşqçisini açıqladı

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Fransalı keçmiş futbolçu Tyerri Anri milli komandanın yeni baş məşqçisini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, “Lequipe” nəşrinə açıqlamasında Zinəddin Zidanın yığmaya rəhbərlik edəcəyini deyib:

“Hamımız yeni baş məşqçinin kim olduğunu bilirik. Zidana uğurlar arzu edirəm”.

Zidanın hazırkı məşqçi Didye Deşamın 2026-cı ilin yayında bitəcək müqaviləsindən sonra yığmaya baş məşqçi təyin ediləcəyi bildirilir.

Mütəxəssis sonuncu dəfə “Real”a rəhbərlik edib. O, “Kral klubu”nda ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanıb.

Fransa yığması DÇ-2026-nın seçmə mərhələsində D qrupunda yer alır. İslandiyanı 2:1, Ukraynanı isə 2:0 hesabıyla məğlub edən fransızlar oktyabrın 10-da Azərbaycanı qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
futbolpress.az

1Mənbələr