Polşa Silahlı Qüvvələri Belarusa sərhədinə qoşun göndərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belarusun "Birinci İnformasiya" telekanalı məlumat yayıb.
"Polşa, sərhəd-keçid məntəqələrinin, o cümlədən də dəmiryolu keçidlərinin bağlanması elan edildikdən sonra, qoşunları Belarus Respublikasına sərhədinə göndərir", – məlumatda bildirilir.
Xəbərdə həmçinin qeyd olunur ki, Polşa tərəfi "Qərb – 2025" təlimləri ilə əlaqədar sərhədi gücləndirir.
Məryəm Quliyeva