AZ

Rusiya danışıqlarda əlavə ərazi tələb edir

Moskva hazırkı danışıqlarda hərbi yolla ələ keçirilməmiş təxminən 6 min kvadrat kilometr ərazinin ona verilməsinə çalışır. Söhbət böyük ehtimalla Donetsk vilayətinin şimal-qərbindən gedir, hansı ki, hazırda Ukrayna ordusunun nəzarətində 7 min kvadrat kilometrdən az ərazi qalıb.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, danışıqlar iki əsas məsələyə — ərazi və təhlükəsizlik təminatlarına qədər daralıb:

“Ruslar həmin əraziləri istəyir, Ukrayna isə tələb edir ki, razılaşma imzalanacağı təqdirdə Moskva bir neçə ay və ya il sonra yeni tələblərlə geri dönməsin”.

Seçilən
9
2
sitat.info

3Mənbələr