AZ

"Qarabağ"ın rəsmisi: Tofiq Bəhramov adına Respublika Stadionun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmayıb

BAKI, 10 sentyabr. TELEQRAF

"Tofiq Bəhramov adına Respublika Stadionun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmayıb".

Bunu Teleqraf-a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O, meydançanın daha yaxşı vəziyyətə gətirilməsi üçün işlərin davam etdirildiyini söyləyib: "Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Kopenhagen"lə oyununa qədər əla vəziyyətə gətirilməsini planlaşdırırıq".

"Qarabağ"la "Kopenhagen" oktyabrın 1-də üz-üzə gələcək.

Xatırladaq ki, sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Sergey Rebrov Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün qənaətbəxş durumda olmadığını bildirib.

Seçilən
67
2
teleqraf.com

3Mənbələr