Hurriyyet.az xəbər verir ki, Fransada etirazçılar Prezidenti Emmanuel Makronun istefasını və daxili işlər naziri Bryuno Retayonun cəzalandırılmasını tələb ediblər.
"Le Figaro" nəşrinin polisə istinadla verdiyi məlumata görə, Marseldə 700 nəfərə yaxın etirazçı Sen-Şarl dəmir yolu vağzalına daxil olmağa cəhd ediblər. Hadisə yerinə Respublika Təhlükəsizlik Qüvvələrinin bölmələri göndərilib. Stansiya ətrafına çox sayda apolis qüvvəsi cəlb olunub. Əhalinin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilir.
Parisdə isə etirazçılar Şimal vağzalının binasına daxil olmağa çalışıblar. "Economie" nəşrinin yazdığına görə, vağzalda insanlar "Makron, istefa ver!", "Retayo eşafota göndərilsin!" şüarlarını səsləndiriblər.
Qeyd edək ki, eşafot (fr. Échafaud) — orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança deməkdir.
Fransanın daxili işlər naziri Bryuno Retayo etirazlar zamanı ölkə boyunca 200 nəfərdən çox şəxsin həbs edildiyini bildirib.
Hürr Tərcüman