AZ

Pakistan Rusiya ilə yaxınlaşır

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Hurriyyet.az xəbər verir ki, Pakistan Avrasiya İqtisadi İttifaqına daxil olmaq niyyətindədir və artıq bu istiqamətdə hazırlıq işləri görür.

Bu barədə TASS informasiya agentliyinə Pakistanın ticarət nazirinin müavini Nəsir Həmid məlumat verib.

Nəsir Həmid deyib: "Hazırda biz hələ Aİİ ilə danışıqlar aparımırıq. Lakin biz hazırlıq işləri görürük və bizi üçün mövcud olan imkanları öyrənirik".

Nazir müavini Pakistan tərəfinin Aİİ üzvü olan Ermənistanla  bu yaxınlarda diplomatik əlaqələr qurduğunu da qeyd edib.

Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra tərəflər  diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıblar.

Ermənistan müstəqilliyini elan etdikdən sonra Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü üçün Pakistan onu dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb.

Avqustun 8-də Vaşinqtonda Ermənistan ilə Azərbaycanın xarici işlər nazirləri sülh sazişi ilə bağlı razılaşmanı imzalayıblar, bundan sonra Pakistanın Ermənistana qarşı mövqeyi dəyişib.

Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
hurriyyet.az

2Mənbələr