AZ

Kenan İmirzalioğlu və Sinem Kobal ailəvi istirahətdə

Kenan İmirzalioğlu və Sinem Kobal ailəvi istirahətdəTürk ekranlarının sevimli aktyoru Kenan İmirzalioğlu və aktrisa həyat yoldaşı Sinem Kobal, qızları Lalin və Leyla ilə birlikdə İzmirin Alaçatı bölgəsində tətil ediblər.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gün boyu dənizə girən, günəşlənən və sahildə vaxt keçirən məşhur cütlüyün xoşbəxt anları obyektivlərə yansıyıb. Onların təbii və səmimi halları sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

2016-cı ildə ailə quran cütlük, 2020-ci ildə ilk qızları Lalini, 2022-ci ildə isə kiçik qızları Leylanı qucaqlarına alıblar. Hem sənət həyatı, hem də sosial media paylaşımları ilə gündəmdə qalmağı bacaran Sinem Kobal, bu dəfə də kiçik qızı ilə birlikdə dənizə girərək səmimi anları ilə diqqət çəkib. Onun gülərüz və enerjili görüntüləri bəyənilib.

Gazete Magazin-in məlumatına görə, Kenan İmirzalioğlu isə qızını qucağına alaraq sahildə vaxt keçirib, daha sonra ailəsi ilə birlikdə şezlonglarda günəşlənərək dincəlib.

Onların tətil görüntüləri sosial mediada da böyük maraq doğurub.

Seçilən
54
sonxeber.az

1Mənbələr