AZ

NATO Polşaya görə 4-cü maddəni tətbiq etdi

NATO Polşadakı PUA insidentinə görə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.

Axar.az xəbər verir ki, bunu Polşa hökumətinin sözçüsü Adam Şlapka deyib.

NATO müqaviləsinin 4-cü maddəsində deyilir:

“Razılığa gələn tərəflərdən hər hansı birinin fikrincə, tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildikdə, bir-biri ilə məsləhətləşəcəklər".

Qeyd edək ki, bu gün Rusiya Polşaya 10-dan çox “Şahid” tipli kamikadze dronla hücum edib.

Seçilən
9
1
axar.az

2Mənbələr