AZ

Fransanın yeni baş naziri vəzifəsinin icrasına başlayıb

Ajans.az xəbər verir ki,yeni baş nazir Sebastyan Lekornu, vəzifəni sələfi Fransua Bayrudan təhvil alıb. Mərasim zamanı Bayru çıxış edərək, hazırkı siyasi böhran və cəmiyyətdəki bölünmənin ölkənin gələcəyinə ciddi maneə törətdiyini bildirib: “Fransa bu qeyri-sabitlik və şiddət mühitində sonsuza qədər qala bilməz. Bu vəziyyət təvazökarlıq və birgə əməkdaşlıq tələb edir.” Bayru həmçinin yeni hökumətə dəstək verməyə hazır olduqlarını vurğulayıb. Yeni baş nazir Sebastyan Lekornu çıxışında Bayruya təşəkkür edib və siyasi böhranın həlli üçün müxalifətlə dialoqa açıq olduğunu bildirib: “Qarşılaşdığımız qeyri-sabitlik təvazökarlıq və ciddi əmək tələb edir. Əməkdaşlıq və yaradıcılıq olmadan bu vəziyyətdən çıxmaq mümkün deyil.” O, yaxın günlərdə müxtəlif siyasi partiyalar və ittifaqlar ilə görüşəcəyini açıqlayıb. Sentyabrın 8-də keçirilən etimad səsverməsini uğursuzluqla başa vuran Bayru hökuməti istefa verib və dərhal ardından Makron yeni baş nazir təyin edib. Yeni hökumətin əsas prioritetləri arasında büdcə islahatlarının davam etdirilməsi, ictimai etimadın bərpası və siyasi sabitliyin təmin olunması yer alır.

 

Seçilən
74
Ajans.az

1Mənbələr