AZ

Polşada evlər belə vurulub- Eksklüziv görüntülər

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Rusiya dronları Polşa ərazisini hədəfə alıb.
Zərbələr nəticəsində bir sıra yaşayış evlərinə ziyan dəyib.

Musavat.com-un əldə etdiyi fotolardan da göründüyü kimi, dronlardan birinin zərbə endirdiyi evin tavanı deşilib və mənzilə ciddi zərər dəyib. Şəkildə dağıntılar və uçqunların izləri aydın görünür.

Hadisə Polşanın Lubli̇n voyevodalığında baş verib. Rəsmi Varşava məsələ ilə bağlı ilkin məlumat yayıb, lakin dronların mənşəyi və hücumun detalları ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, son günlər Polşa hakimiyyəti dəfələrlə Rusiya dronlarının ölkə sərhədlərini pozduğunu və təhlükə yaratdığını bildirib.

Görüntüləri təqdim edirik:

 

Seçilən
100
musavat.com

1Mənbələr