NATO Polşanın xahişi ilə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini aktivləşdirib və PUA-ların Polşanın hava məkanına daxil olması ilə bağlı məsləhətləşmələrə başlayıb.
Bu barədə "Polsat" telekanalına Polşa hökumətinin sözçüsü Adam Slapka məlumat verib.
“NATO Şimali Atlantika müqaviləsinin 4-cü maddəsinə istinad edəcək” - deyə o bildirib.
Şimali Atlantika Müqaviləsinin 4 və 5-ci maddələri NATO ölkələrindən hər hansı birinin təhdid edildiyi halda hərəkətlərini, habelə blokun kollektiv müdafiə qaydasını müəyyən edir. Maddələrin müddəalarına görə, bir NATO ölkəsi üçün təhlükə alyansın bütün üzvlərinə hücum kimi qəbul edilir. Eyni zamanda, sənəddə NATO-nun konkret olaraq nəyi hücum və ya təhlükə kimi qəbul edə biləcəyi göstərilmir, ona görə də cavab tədbiri hazırlamaq üçün məsləhətləşmə mexanizmi yaradılır.