AZ

Katmandu hava limanı fəaliyyətini bərpa etdi

Nepalın paytaxtı Katmanduda ölkədə etirazlara görə bağlanan hava limanı fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, Nepal hakimiyyəti bu yaxınlarda ölkədə bir çox sosial media platformalarına qadağa qoyulduğunu elan edib, bundan sonra Katmandu və digər böyük şəhərlərin sakinləri etiraz aksiyalarına başlayıb. Etirazların ardınca polislə toqquşma olub, nəticədə 19 nümayişçi həlak olub, 500-dən çox insan yaralanıb.

Daha sonra qadağa götürülüb və Nepalın baş naziri Şarma Oli istefa verib.

Etirazçılar bəzi siyasətçilərin iqamətgahlarını və departament binalarını yandırıblar. Ordu komendant saatı elan edib.

Seçilən
12
publika.az

1Mənbələr