AZ

"Mədəniyyət satılmır, əksinə dövlət tərəfindən qorunur və inkişaf etdirilir” - Təhsil eksperti

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli QHT.az-a açıqlamasında incəsənət məktəblərində ödənişli və ödənişsiz yerlərin mövcudluğu, həmçinin qəbul prosesi ilə bağlı ictimaiyyətdə səslənən yanlış təsəvvürlərə münasibət bildirib.

Onun sözlərinə görə, bütün yerlərin ödənişsiz olması mümkün deyil və bu, normal qəbul prosesinin qaydasıdır:

“Necə ki, ali təhsil müəssisələrində dövlət sifarişi ilə yanaşı ödənişli əsaslarla da qəbul həyata keçirilir, eyni sistem incəsənət məktəblərində də tətbiq olunur. Çünki müraciət edənlərin sayı minlərlədir, yerlər isə məhduddur. Ödənişli əsaslar heç də məcburiyyət deyil, sadəcə əlavə seçim imkanıdır. İmkanı olan valideyn övladını ödənişli əsaslarla da oxuda bilər.”

Məsələ ilə bağlı səslənən “mədəniyyət satılır” iddialarına toxunan ekspert vurğulayıb ki, bu ifadə əsassızdır və həqiqəti əks etdirmir:

“Əgər minlərlə uşaq bu gün incəsənət məktəblərində pulsuz təhsil ala bilirsə, bu, mədəniyyətin satılması yox, dövlətin mədəniyyətə sahib çıxmasıdır. Mədəniyyət Nazirliyi bu prosesdə nəzarətçi və tənzimləyici rolunda çıxış edir. Əsas məqsəd incəsənətə marağı olan uşaqlara keyfiyyətli təhsil vermək, mədəniyyətimizi qorumaq və inkişaf etdirməkdir. Ona görə də mədəniyyətin satıldığı barədə deyilən fikirlər tamamilə əsassızdır.”

 

Pərvanə Fərhadqızı

Seçilən
48
qht.az

1Mənbələr