Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə kredit proqramı çərçivəsində 1 milyard avro həcmində daha bir tranş göndərib.
AFN.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib.
"Ukrayna Aİ-dən makromaliyyə yardımının növbəti 1 milyard avroluq tranşını aldı. Vəsait ERA proqramı (Ukrayna üçün fövqəladə kreditləşdirmə proqramı - red.) çərçivəsində köçürüldü.
Xarici KİV Avropa Komissiyasının məlumatlarına istinadən yazır ki, Avropa İttifaqı yanvar-iyul aylarında Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən əldə olunan gəlirdən artıq Ukraynaya 10,1 milyard avro köçürüb. Brüssel bu vəsaitləri əsasən hərbi və mülki layihələri dəstəkləmək üçün istifadə edir.