AZ

Rutte Putini təhdid etdi: Hazırıq

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

NATO-nun Baş katibi Mark Rutte Rusiyanın məxsus PUA-ların Polşaya hücumundan sonra Prezident Vladimir Putinə xəbərdarlıq edib. 

Globalinfo.az xəbər verir ki, Rutte Polşaya hücumu qınayıb və alyansın növbəti müdaxilələrə hazır olduğunu deyib.

Baş katib hücumun qəsdən olub-olmamasının araşdırıldığını söyləyib:

“Hadisənin tam və daha dəqiq qiymətləndirilməsi davam edir. Lakin aydındır ki, ötən gücə baş verən sərhəd pozuntusu yeganə belə hal deyil. Bizim hava hücumundan müdafiə sistemlərimiz daim hazır vəziyyətdədir. Mesajım aydındır: Ukraynada müharibəni dayandırın. Bilin ki, biz ayıq-sayığıq, NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”.

Rutte Polşa tərəfinin xahişi ilə alyansın kollektiv təhlükəsizlik nizamnaməsinin 4-cü maddəsinin aktiv olduğunu elan edib və kollektiv müzakirələrə başlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
globalinfo.az

1Mənbələr