AZ

Holand Araz Naxçıvan ın futbolçusundan üzr istədi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Norveç – Moldova oyunu futbolda nadir hallarda rast gəlinən nəticə ilə başa çatıb.

Fanat.Az xəbər verir ki, Skandinaviya təmsilçisi rəqibini 11:1 hesabı ilə darmadağın edib.

Bu matçda 5 qolla yadda qalan ulduz hücumçu Erlinq Holand görüşdən sonra insani jesti ilə diqqət çəkib.

O, Moldova millisinin və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avrama yaxınlaşaraq bu sözləri deyib:

“Üzr istəyirəm, qol fərqində üstün olmaq üçün bunu etməli idik.”

Norveç yığması bu qələbə ilə qrupdakı vəziyyətini möhkəmlədib və mundiala vəsiqə şansını xeyli artırıb. Moldovalılar isə ağır məğlubiyyətə baxmayaraq, matçdan sonra Holandın davranışını alqışlayıblar.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
fanat.az

2Mənbələr