AZ

LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı: Şirkət haqqında maraqlı iddialar var

Lənkəran Dövlət Universiteti (LDU) daha bir tenderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, təhsil ocağı həmin müsabiqənin nəticələrini açıqlayıb.

Belə ki, universitet abadlıq işlərini həyata keçirmək üçün “MM İNŞAAT GROUP” MMC ilə anlaşıb. Bu işlərin görülməsinə görə isə şirkətə 124 min 638 manat ödəyəcək.

Qeyd edək ki, LDU sentyabrın 8-də də sözüegedən şirkətə daha bir tender verib. Belə ki, “MM İNŞAAT GROUP” MMC LDU-nun yataqxanasını təmir edəcək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 26.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, N.NƏRİMANOV, ev 5D-də yerləşdiyi qeyd edilir. Şirkətin qanuni təmsilçisinin isə Ağayev Mirkamal Əhməd oğlu olduğu göstərilir.

Açıq mənbələrdə bu MMC-nin haqqında mənfi rəylər az deyil. Məsələn, Aktualinfo.org saytınında dərc olunmuş yazıda qeyd edilir ki, MMC rəhbərliyi kotirovka sorğusunu keçirən dövlət qurumu ilə əvvəlcədən danışığa gedir. “Rayonlarda yaşayış binalarının, evlərin damlarının, mənzil fondunun təmiri işləri demək olar ki, aparılmır. Aparılsa da kosmetik işlər görülür. Vəsaitlərin müəyyən hissəsi “otkat” olaraq qaytarılır. Qalan vəsaitə kosmetik işləri görmək üçün hər rayonda kifayət qədər günəmuzd işləyən fəhlə tapmaq mümkündür. MMC rəhbərliyi də dövlət sifarişlərini məhz bu üsulla həyata keçirir. Yəni heç bir sosial ödəniş etmətdən, vergi vermədən”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Seçilən
11
2
tribunainfo.az

3Mənbələr