AZ

Bakıda keçirilən AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası başa çatıb

Bakıda

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclası başa çatıb.Ulusum.az report-a istinadən xəbər verir ki, "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş tədbirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu təşkilatçılıq edib.Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Zhao Longun moderatorluğu ilə keçirilən plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi səfir Yan Wenbin, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Chen Dongxiao çıxış ediblər.Beyin Mərkəzləri Forumunun birinci günü "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi"; "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq"; "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" kimi mövzuların müzakirəsinə həsr olunub.Forumun ikinci günündə isə "AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması" mövzusunda sessiya və "Yeni Asiya nizamının formalaşması" mövzusunda tematik panel keçirilib.

Diqqət Çəkənlər

İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi

Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi

Aİ ilə Rusiya arasında münasibətlərdəki böhranın səbəbi məlum olub

Seçilən
28
20
ulusum.az

10Mənbələr