AZ

NATO nun baş katibi Putinə “aydın mesaj” göndərib...

ain.az bildirir, Sia Az portalına istinadən.

Alyans öz ərazisinin hər santimetrini müdafiə edəcək...

...Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması “tamamilə ehtiyatsızlıq” idi..?

SİA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

…Bunun qəsdən olub-olmamasından asılı olmayaraq, bu, tamamilə ehtiyatsızlıqdır, tamamilə təhlükəlidir. Amma tam qiymətləndirmə hələ də davam edir. Mənim Putinə mesajım aydındır. Ukraynada müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın. Və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik, - o vurğulayıb.

Ruttenin sözlərinə görə, belə bir hadisə NATO-nun çox uğurlu cavabını göstərdi.

…Xatırladaq ki, sentyabrın 10-na keçən gecə 19-a yaxın pilotsuz təyyarə Polşanın hava məkanına daxil olub. Təhdid yarada biləcək pilotsuz təyyarələr vurulub.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sia.az

2Mənbələr