AZ

Qazaxıstanda təlim keçdi, Rusiyada “vətən xaini” kimi həbs olundu

BAKI, 10 sentyabr. TELEQRAF

Rusiya vətəndaşı olan bir qadın “vətənə xəyanət”də şübhəli bilinərək həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İstintaq orqanlarının məlumatına görə, qadın Ukrayna ordusunda döyüşmək niyyətində olub və bu məqsədlə Qazaxıstana gedib.

Bildirilib ki, şübhəli şəxs Ukrayna hərbçisi ilə sosial mediada tanış olub. Söhbət zamanı Ukrayna ordusuna qoşulmağa razılıq verib. Ardınca ittiham aktına əsasən, Qazaxıstanda hərbi təlim keçib.

Hərbi təlim keçdikdən sonra Rusiyaya qayıdıb və Ukrayna ilə sərhədə gedib. Amma Rusiya kəşfiyyatı onu Ukrayna ordusunun mövqelərindən təxminən 100 metr aralıda saxlayıb.

Şübhəli şəxs barəsində iki maddə - “Dövlətə xəyanət etməyə cəhd” və “Dövlət sərhədini qanunsuz keçməyə cəhd” ilə cinayət işi açılıb.

Seçilən
169
teleqraf.com

1Mənbələr