AZ

Zəngəzur dəhlizi ilin sonuna qədər açılacaq? - DEPUTAT

 

Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılması qeyri-mümkündür.

Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən Vaşinqton görüşündə, olduqca mühüm siyasi razılaşma əldə edildi.

Artıq amerikalılar Ermənistana səfər ediblər və konkret müzakirələr aparılır.

Buna baxmayaraq, məsələnin texniki tərəflərinin həlli üçün müəyyən vaxt lazımdır. Sovet dövründə Meğri koridoru adlanan dəmiryolunun uzunluğu 42 km-dir.

Azərbaycan tərəfdən Ermənistan sərhəddinə qədər dəmiryolunun inşası bu ilin sonuna başa çatdırılacaqdır.

Ermənistan ərazisində isə, hələ də işlərə başlanılmayıb. Eləcə də avtomobil yolu. Bu yolların inşası ən yaxşı halda bir il çəkəcəkdir.

Zəngəzur dəhlizinin açılmasına mane olan amillərdən biri də regional xarakterlidir. Mövcud vəziyyətdə İran və Rusiya dəhlizin açılmasında maraqlı deyillər.

İran molla rejimi ümumiyyətlə, dəhlizin açılmasını özü üçün təhdid hesab edir.

Normalda Zəngəzur dəhlizinin açılması, hər iki dövlətin maraqlarına cavab verir.

Dəhlizin açılması, regionda iqtisadi münasibətləri canlandırmaqla bərabər, dayanıqlı sülhə səbəb olar. Düşünmürəm ki, onlar prosesi durdura bilərlər.

Nəsib Məhəməliyev
VII çağırış Milli Məclisin deputatı

 

Seçilən
15
1
sabahinfo.az

2Mənbələr