AZ

Macarıstan Azərbaycanı Avropa strukturlarında davamlı şəkildə müdafiə edən dost və tərəfdaş ölkədir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Macarıstan xarici işlər nazirinin ölkəmizlə, Prezident İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlər, mövcud reallıqları əks etdirir. Macar nazirdən əvvəl də, belə fikirlər Serbiya, Bolqarıstan və Slovakiya liderləri tərəfindən səsləndirilmişdi. Həqiqətən də, 15 il bundan əvvəlki Azərbaycanla, hazırki dövr heç bir halda müqayisə oluna bilməz. Torpaqlar işğaldan azad olundu, təsəvvür belə edə bilmədiyimiz halda, ölkə tamamilə erməni separatçılarından təmizləndi. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər yurdlarına qayıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.

Nəsib Məhəməliyev

“İttifaqın rəhbərləri, üzv dövlətlərin başçıları Azərbaycana səfər etdilər. Enerji təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın logistika imkanlarından istifadə etmək üçün danışıqlar aparıldı. Macarıstan-Azərbaycan münasibətləri Prezident İlham Əliyevlə, baş nazir Viktor arasındakı dostluq bağlarına söykənir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycanla Macarıstan arasında güclü siyasi, iqtisadi, humanitar əlaqələr formalaşmışdır. Parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Demək olar ki, Macarıstan Azərbaycanı Avropa strukturlarında davamlı şəkildə müdafiə edən ölkədir. Eyni zamanda Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak edir. TDT-nin Avropa ofisi də məhz, Budapeştə yerləşir”-deyən Nəsib Məhəməliyev qeyd edib ki, bütün bunların kökündə 44 günlük müharibədə və ondan sonra əldə etdiyimiz uğurlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət durur. Azərbaycan Prezidenti istər Qərbdə, istər Şərqdə, ümumiyətlə, bütün dünyada hörmətlə qəbul olunur və Prezident dövlətin simvoludur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
icma.az

1Mənbələr