AZ

Modi: Hindistan və ABŞ yaxın dost və təbii müttəfiqdir

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Prezident Donald Trampla görüşü səbirsizliklə gözləyirəm”

"Hindistan və ABŞ yaxın dost və təbii müttəfiqdir. Komandalarımız ticarət danışıqlarını mümkün qədər tez başa çatdırmaq üçün çalışırlar. Mən də Prezident Donald Trampla görüşü səbirsizliklə gözləyirəm. Biz xalqlarımızın daha parlaq və firavan gələcəyini təmin etmək üçün birlikdə çalışacağıq". AYNA.AZ xəbər verir ki, bu sözləri Hindistanın Baş naziri Narenda Modi “X” sosial şəbəkəsində Amerika liderinin ABŞ və Hindistanın ticarət maneələri üzrə danışıqları davam etdirməsi ilə bağlı bəyanatını şərh edərkən yazıb.

Hindistanın Baş naziri iki ölkə arasında ticarət danışıqlarının "Hindistan-ABŞ tərəfdaşlığının sərhədsiz potensialını açacağına" əmin olduğunu bildirib.

Bundan əvvəl Tramp “Truth Social” sosial şəbəkə hesabında yazmışdı ki, Vaşinqton və Yeni Dehli ticarət maneələrini aradan qaldırmaq üçün danışıqları davam etdirirlər və yaxın həftələrdə iki ölkə liderləri arasında təmaslar baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
ayna.az

1Mənbələr