Bakı. Trend:
Azərbaycanda son 30 il ərzində yağıntıların miqdarı 10%azalıb.
Trend xəbərverir ki, bunu Ekologiya şöbəsinin müdiri, Su və Meliorasiya ElmiTədqiqat İnstitutunun Ekologiya şöbəsinin müdiri Günay AbbasovaBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanıdeyib.
O bildirib ki, son 10 ildə isə ölkədə güclü leysan yağışlarıgünlərin sayı 6 dəfəyədək artıb.
"Bundan başqa, son 10 il ərzində dolu dün günlərin sayı 3,2dəfə, quraqlığın davamiyyəti isə 34 faiz artıb.
Eyni zamanda, 2015-ci ildən bu yana isti hava dalğası 6-13 dəfəartıb. Ölkə ərazisində son 10 ildə yanğın hadisələri 2 dəfədən çoxartıb", - deyə o qeyd edib.