AZ

Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi

Mərkəzi Bank (AMB) "SF Azerbaijan" MMC BOKT-nin vəzifəli şəxsini cərimələyib.

 

Bu barədə AMB məlumat yayıb.

 

BOKT-də cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Başqa sözlə, yeni kreditlər haqqında məlumatlar MKR-ə qanunun tələbindən gec təqdim edilib.

 

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"ın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Tarix: 10 Sentyabr 2025, 14:51   
Seçilən
9
15
pravda.az

10Mənbələr