1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Lyuis Hemilton "Kadillak"ın sahibinin dəstəyi ilə "MotoGP" komandası almaq istəyir.
Oxu.Az "Autosport" nəşrinə istinadən xəbər verir ki, "Formula-1" üzrə yeddiqat dünya çempionunun alqı-satqı üçün özəl komandalar arasında dörd variantı nəzərdən keçirdiyi bildirilir.
Marağın yaranmasının əsas səbəbi "Liberty Media" tərəfindən çempionatın yaxın vaxtlarda alınma ehtimalının mümkünlüyüdür.
Xatırladaq ki, bir müddət əvvəl Maks Ferstappenin də "MotoGP" komandasına maraq göstərdiyi, "Haas" komandasının keçmiş başçısı Günter Ştaynerin isə "KTM Tech3" komandasını aldığı bildirilmişdi.