Çexiya şirkəti Azərbaycan bazarına unikal təmizləmə texnologiyaları ilə çıxmaq niyyətindədir.
Bunu Çexiyanın "Mega AS" şirkətinin nümayəndəsi Mixayıl Yirdasek Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week"də (Bakı Su Həftəsi) çərçivəsində bildirib.
Onun sözlərinə görə, "Mega AS" dünyada elektromembran texnologiyaları üçün şəxsi membranlarını istehsal edən yeganə şirkətdir: "Bazardakı iki əsas rəqiblərimizdən fərqli olaraq biz həm su təmizlənməsi, həm də yeyinti sənayesi üçün elektromembran texnologiyaları istehsal edirik".
© "Report"