AZ

Zelenski Rusiyanı Polşanın hava məkanını pozmaqda ittiham edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı Polşanın hava məkanını pozmaqda ittiham edərək, bunu "yeni eskalasiya səviyyəsi" adlandırıb. 

Missiya.Az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. 

Onun sözlərinə görə, ən azı səkkiz hücum pilotsuz təyyarəsi Polşaya yönəlib. Bu, Avropa üçün son dərəcə təhlükəli hadisədir.

Ukrayna lideri bildirib ki, sanksiyalardakı pauza çox uzun çəkdi. Rusiya və onun əlaltılarına qarşı məhdudiyyətlərin tətbiqinin gecikdirilməsi yalnız zərbələrin şiddətini artıracaq.

Xatırladaq ki, Polşanın Baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə ölkənin hava məkanının pozulduğunu bildirib.təhlükəsizlik tədbirləri çərçivəsində Varşava da daxil olmaqla dörd hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr