AZ

31 kq narkotiklə tutuldular - VİDEO

 Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlb olunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar.

DİN-dən Missiya.Az-a bildirilib ki, onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların maddi qazanc əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron məlumatlarla sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.

Seçilən
16
21
missiya.az

10Mənbələr