Bakı.Trend:
TrendBİA və DHA Türkiyədə foto və videomaterialların alqı-satqısıüçün ən böyük platformalardan birinə çevriləcək yeni stok resursunuDHApress.com portalı üzərindən işə salır. Yenilayihənin hazırlanması və tətbiqi Prezidentlər İlham Əliyev vəRəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmiş Azərbaycan-Türkiyəmedia platforması çərçivəsində Trend və DHA tərəfindən həyatakeçirilib.
Peşəkar multimedia kontentinə artan tələbatı qarşılamaqməqsədilə Trend BİA-nın inkişaf komandası DHApress.com portalınımüasirləşdirərək, ona tam funksional stok platforması əlavə edib.İndi istifadəçilər xəbər süjetləri, reportajlar və rəqəmsal mediaüçün eksklüziv foto və videomaterialları əldə edə və satabiləcəklər.
DHApress.com istifadəçilərə multimedialı kontent əldə etmək üçünyeni yanaşmalar təqdim edir. Ənənəvi stok xidmətlərindən fərqliolaraq, bizim platformamız əvvəllər yalnız dar media çevrəsinə açıqolmuş eksklüziv xəbər kontentinə yönəlib. İndi televiziyakanalları, jurnalistlər, prodakşn studiyaları və reklamagentlikləri hadisə yerlərindən operativ şəkildə aktual foto vəvideomateriallar əldə edə biləcəklər.
Kontentin yüksək keyfiyyəti platformanın əsas prioritetlərindənbiridir. Bütün məhsullar peşəkar istifadə üçün uyğunlaşdırılıb vəsənayenin ən yüksək standartlarına cavab verir. Ağıllı düşünülmüşinterfeys sayəsində istifadəçilər rahat axtarış və çeşidləməalətlərindən istifadə etməklə lazımi materialları asanlıqla tapa vəyükləyə bilirlər. Bundan başqa, əlverişli tarif planları istərayrı-ayrı materialların birdəfəlik alınmasına, istərsə də müntəzəmistifadə üçün abunə formasında əməkdaşlığa imkan yaradır.
Digər mühüm üstünlüklərdən biri çoxdilli dəstəyin olmasıdır.DHApress.com Azərbaycan, türk və ingilis dillərində fəaliyyətgöstərir ki, bu da platformanı geniş beynəlxalq auditoriya üçünəlçatan edir. Aparıcı informasiya agentlikləri ilə inteqrasiya isəkontent bazasının dərhal yenilənməsinə və istifadəçilərin ən aktualfoto və videolara çıxışına imkan verir. Nəticədə, DHApress.comsadəcə stok xidməti deyil, rəqəmsal jurnalistika və marketinqininkişafına töhfə verən güclü media-kontent yaradıcı alətinəçevrilir.
DHApress.com istifadəçilərə daha əvvəl yalnız məhdud sayda KİV-əaçıq olmuş eksklüziv xəbər kontentinə çıxış imkanı yaradır.Platformada təqdim edilən foto və videomaterialın geniş seçimimkanının olması, onları jurnalistika, rəqəmsal marketinq vəprodakşn sənayesində peşəkar istifadə üçün əvəzsiz edir.
Platforma istifadəçilərin rahatlığını nəzərə alaraq hazırlanıb:intuitiv interfeys vasitəsilə lazım olan materialları asanlıqlatapmaq, çeşidləmək və yükləmək mümkündür. Tarif planlarınınəlverişliliyi isə həm ayrı-ayrı foto və videomateriallarınbirdəfəlik alınmasına, həm də müntəzəm multimedialı kontentdənistifadə edənlər üçün abunə formasında əməkdaşlığa şəraityaradır.
DHApress.com layihəsi gələcəkdə daha da böyüməyə vəfunksionallığını genişləndirməyə hədəflənib. Yaxın perspektivdəkontentin avtomatik kataloqa salınması üçün süni intellektintətbiqi, redaktə alətlərinin təkmilləşdirilməsi, həmçinin,beynəlxalq media şirkətləri ilə əməkdaşlığın genişləndirilməsiplanlaşdırılır.
Trend və DHA-nın tərəfdaşlığı sayəsində DHApress.com layihəsiAzərbaycan, Türkiyə və digər ölkələrin aparıcı informasiyaaxınlarını birləşdirən tamhüquqlu media-haba çevriləcək.