AZ

Fransanı etiraz aksiyaları bürüyüb

Bakı. Trend:

Fransanın bir sıra şəhərlərində kütləvi etiraz aksiyalarıkeçirilir. Etirazçılar infrastruktur obyektlərinin işinə əngəlyaratmağa çalışırlar. BFMTV telekanalı artıq bəzi aksiyalardatoqquşmaların baş verdiyini, Parisdə polisin 65 nəfəri saxladığınıbildirib.

Trend bu barədəFransa KİV-ə istinadən xəbər verir.

Erkən saatlardan etibarən bir qrup nümayişçi Parisdə avtobusdeposunun çıxışını bloklamağa çalışıb, digər yandan başqa bir qruppaytaxt ətrafındakı halqavari yolun, Periferik bulvarındakı birsıra yol ayırıcılarını müəyyən müddət bağlamağa nail olub. Onlarlainsan əllərində pirotexniki vasitələrlə avtomobil yollarına çıxaraqinşaat çəpərləri ilə nəqliyyatın hərəkətini dayandırıblar.

Parisin şəhərkənarında yerləşən Montreydə isə kiçik bir qrupküçələri və tramvay yollarını zibil və inşaat çəpərləri iləbağlayıb.

Etiraz aksiyalarının gecəyə kimi daha da kəskinləşəcəyigözlənilir.

Qeyd edək ki, etiraz aksiyaları və tətilər hökumətin iqtisadisiyasətinə qarşı yönəlib. Belə ki, iyul ayında baş nazir FransuaBayru büdcə xərclərinin 44 milyard avro həcmində qənaəti məqsədiləbir neçə dövlət bayramının iş günü elan edilməsini və bir sıra sərtbüdcə islahatlarının aparılmasını təklif etmişdi.

Məqalədə:
Seçilən
60
az.trend.az

1Mənbələr