AZ

Litva XİN: Rusiyanın NATO ölkələrinin hava məkanına dron hücumları eskalasiyaya səbəb ola bilər

Litva

Rusiyaya məxsus dronların NATO üzvü ölkələrin hava məkanına daxil olması hərbi gücün qarşılıqlı istifadəsinə gətirib çıxara bilər.

Bunu Litvanın xarici işlər naziri Kestutis Budris “Reuters“ə müsahibəsində deyib.

Nazir bu vəziyyətin ciddi risklər yaratdığını bildirib.

Budris vurğulayıb ki, bölgədə və Avropada hazırda hər kəs təhlükəli şəraitdə yaşayır: “Bu hadisələr hər an eskalasiyaya səbəb ola bilər. Bizim əsas marağımız belə ssenarilərin qarşısını almaqdır. Çünki vəziyyət elə məqama çatır ki, tərəflər hərbi güc tətbiq edə bilər”.

Litva XİN rəhbəri bildirib ki, Rusiyaya məxsus dronların qəsdən Polşa ərazisinə göndərildiyi hələ təsdiqlənməyib. O, Moskvanın məsuliyyət daşıdığını və NATO-nun Rusiyaya güclü mesaj göndərməli olduğunu vurğulayıb: “Bu, hər kəsin marağındadır. Elə Rusiyanın da”.

Budris əlavə edib ki, alyans Baltikyanı ölkələrdə və Polşada hava hücumundan müdafiə imkanlarını gücləndirməlidir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

Seçilən
1
2
xalqcebhesi.az

3Mənbələr