AZ

Fransada buna görə kütləvi etirazlar başlayıb

Fransada hökumətin iqtisadi siyasətindən narazılıq səbəbilə kütləvi etirazlar başlayıb.

Publika.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Parisdə nümayişçilər "Place de la Nation" meydanına gediblər. 800-ə yaxın etirazçı paytaxtın dairəvi yolunu bağlayıb.

Marselin mərkəzində bir neçə yüz insan küçələri zibil qutuları ilə bağlayır. Polis nümayişçiləri dağıtmaq üçün qumbaraatanlardan istifadə edir.

Etirazlara hökumətin sosial-iqtisadi siyasətindən artan narazılıq, o cümlədən qiymət artımı və həyat səviyyəsinin aşağı düşməsi səbəb olub. Ölkənin bir sıra böyük şəhərlərində vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, sentyabrın 10-da Paris, Lion, Tuluza, Nant və Renn şəhərlərində kütləvi etirazlar gözlənilir. Onların hazırlığı bu ilin yayından sosial şəbəkələrdə müzakirə olunur.

Seçilən
35
publika.az

1Mənbələr